Press "Enter" to skip to content

DİM-in internet resursu giriş sayına görə ilk yerdə qərarlaşıb

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi dövlət orqanlarının və digər qurumların internet informasiya resurslarından istifadə üzrə 2021-ci ilin birinci yarısının statistikasını açıqlayıb.

Qeyd olunan müddət ərzində dövlət orqanlarının və digər qurumların rəsmi internet resurslarından istifadəçilərin sayına görə Dövlət İmtahan Mərkəzinə məxsus internet domeni birinci sırada qərarlaşıb.

DİM-dən bayraqdar.info-ya verilən məlumatda deyilir ki, dim.gov.az domeni həm toplam, həm də unikal giriş sayına görə ilk yerdədir.

“İstifadəçilər, xüsusilə KİV nümayəndələrinin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının gedişi ilə əlaqədar məlumatlar ilk növbədə Mərkəzin saytına yerləşdirilir. Operativ məlumat almaq istəyənlərə Mərkəzin saytı və sosial şəbəkə hesablarını izləməyi tövsiyə edirik”, – deyə DİM qeyd edir.

Mission News Theme by Compete Themes.