Press "Enter" to skip to content

Şamaxı “ASAN xidmət”də “Birlikdə yaşadaq” tədbiri

Bayraqdar.info – İyulun 8-də Şamaxı regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.

Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib.

Tədbir çərçivəsində mərkəzdə könüllülər və əməkdaşlar tərəfindən müxtəlif daşlardan, köhnə açarlardan, şüşə qablardan, ip və kağızdan istifadə edilərək hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb.

Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Fondun Himayəçilik Şurasının üzvü Sevinc Alızadə iştirak edib. Eyni zamanda, müxtəlif idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar da tədbirin iştirakçıları arasında olublar.

Sərgidə müxtəlif mövzularda 100-ə yaxın sənət əsəri nümayiş olunub. Tədbirin əsas məqsədi sərgi-satışdan toplanmış məbləği “YAŞAT” Fonduna ianə etməklə şəhid ailələrinə və qazilərə dəstək olmaqdır.

Mission News Theme by Compete Themes.