Press "Enter" to skip to content

Azad olunmuş ərazilərdə yanğınla bağlı xəbərdarlıq edildi – VİDEO

Son yeniləmə: 13 İyul 2021 18:51

Bayraqdar.info – Baş Prokurorluq açıqlama yayaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərdə xeyli sayda yanğın hadisələrinin baş verməsi müşahidə olunur. “Hazırda aparılan yenidənqurma və bərpa işlərini həyata keçirən, habelə, Qarabağa səfər edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmur. Ağaclıq və taxıl sahələrində, meşə massivlərində tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi qanunazid əməllərin törədilməsi yanğın hadisələrinə səbəb olur. Nəticədə qeyd edilən ərazilərdə flora və faunaya ciddi ziyan vurulur”, – deyə açıqlamada bildirilir.

Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirib ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Dəyərli oxucularımız. Baş Prokurorluq videoya yalnız Facebook üzərindən baxmağa icazə verdiyi üçün onu sizə bu səhifədə təqdim edə bilmirik. Ona görə də lütfən, aşağıdakı görüntünün üzərinə tıqlayaraq videonu Baş Prokurorluğun Facebook səhifəsindən izləyin. Bizdən asılı olmayan rahatsızlığa görə Sizdən üzr istəyirik.

Mission News Theme by Compete Themes.