Press "Enter" to skip to content

III və II ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

DİM-dən bayraqdar.info-ya bildirilib ki, iştirakçılar iyulun 7-dən etibarən DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

DİM bir daha qeyd edib ki, imtahanlar saat 10:00-da başlanacaq.

İyulun 14-ü III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21 min 35 nəfər, iyulun 15-i II ixtisas qrupu üzrə keçiriləcək imtahanda isə 16 min 757 nəfər abituriyent iştirak edəcək. Ümumilikdə isə, hər iki ixtisas üzrə imtahanda 37 min 792 nəfərin iştirakı nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.