Press "Enter" to skip to content

“Rəqəmsal jurnalistikaya doğru” proqramının 3-cü dalğası başlayıb

Bayraqdar.info – 3-cü “Rəqəmsal jurnalistikaya doğru” proqramının icrasına başlanılıb.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, proqram Agentliyin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə baş tutur.

Proqrama informasiya agentlikləri, qəzetlər və informasiya portallarında çalışan 22 iştirakçı qatılıb.

22 İyul – Milli Mətbuat Gününə həsr olunan proqramın ilk günündə iştirakçılar üçün “Ənənəvi mediadan rəqəmsal mediaya” və “Medianın əsasları” mövzularında seminarlar təşkil olunub.

İnteraktiv formatda davam edən proqram çərçivəsində jurnalistləri maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında geniş müzakirələr aparılıb.

Seminarlar 16 iyul tarixinədək davam edəcək. Növbəti mərhələdə proqram iştirakçıları mükafat fondu 2 min 200 manat təşkil edən müsabiqədə iştirak edəcəklər. Həmçinin proqramı uğurla başa vuran bütün iştirakçılar xüsusi sertifikatla təltif olunacaqlar.

Proqramda, həmçinin sosial medianın jurnalistikada istifadəsi, blogerliyin əsasları, qlobal rəqəmsallaşmada Azərbaycan, elektron hökumət layihələri, startap fəaliyyəti, süni intellekt və s. kimi maraqlı mövzular yer alacaq.

Proqramın ilk iki dalğası 2020-ci ildə reallaşdırılıb və böyük marağa səbəb olub.

“Rəqəmsal jurnalistikaya doğru” proqramlarının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələri və blogerlərin İKT, elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlılığını artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin bilgilərini genişləndirməkdir.

Mission News Theme by Compete Themes.