Press "Enter" to skip to content

Yollardakı problemlər haqqında hər kəsin müraciət etməsi istəndi

Bayraqdar.info – Respublikanın küçə və yollarında qarşılaşdığınız hər hansı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi e-poçt ünvanı – muraciet@aayda.gov.az və ya sosial şəbəkə hesabları vasitəsilə (inbox) müraciət etməyiniz xahiş olunur.

Bu müraciəti Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

AAYDA-dan bayraqdar.info-ya verilən məlumata görə, göndərilən müraciətə mütləq şəkildə problemi göstərən foto və ya video materialları əlavə edilməlidir.

“Küçə və yollarda rahat gediş-gəlişin təmin olunması istiqamətində agentliyin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddətdə həll edilməsi üçün vətəndaşların şikayət və təkliflərini bildirməsi olduqca vacibdir”, – deyə AAYDA bildirir.

Mission News Theme by Compete Themes.