Press "Enter" to skip to content

İtaliya mediası Ermənistanın ekoloji terroru barədə yazıb

Son yeniləmə: 14 İyul 2021 19:33

Bayraqdar.info – İtaliyanın mediasında Oxçuçay fəlakəti, Ermənistan tərəfindən Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsinə dair məqalələr dərc olunub.

Bu barədə bayraqdar.info-ya Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.

Bunlardan biri “Pesceinrete” online qəzetində jurnalist Domeniko Letizianın “Eko-terror: Ermənistan qəsdən Oxçuçayı çirkləndirir” başlıqlı məqaləsidir.

Məqalədə qeyd olunur ki, Oxçuçayın sularına Ermənistan tərəfindən vurulan ciddi ekoloji ziyan Qafqaz çaylarının keyfiyyətinə təsir edir. Məqalədə əsas sərmayədarı Almaniyanın “Cronimet” şirkəti olan “Zəngəzur mis-mobilden zavodu” və “Chaarat Kapan” adını daşıyan “Qafan dağ-mədən və emal zavodu”nun fəaliyyətindən ətraflı bəhs edilir: “Oxçuçayın sularında 2021-ci ilin yanvar-mart ayları arasında aparılan kimyəvi analizlər yüksək miqdarda ağır metalların, mis, manqan, dəmir, sink və xromun mövcudluğunu aşkar etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son hesabatına görə burada mis, dəmir və nikelin miqdarı beynəlxalq səviyyədə müəyyən edilmiş standartlardan hətta yeddi dəfə çoxdur. Oxçuçayın suları ağ və sarı rəngə çevrilir və balıqçıların çoxunun da 2021-ci ilin mart ayında verdiyi ifadələrdə qeyd edildiyi kimi, yerli alabalıqların ölümü müşahidə edilir”.

Jurnalist yazır ki, ağır metalların yüksək miqdarı yerli çay faunasına xələl gətirir, insan sağlamlığı və çay boyunca çox sayda balıqçı icması üçün problemlər yaradır. Bildirilir ki, çirklənmiş suyun istifadəsi yerli əhalidə mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur.

Nüfuzlu “İl Giornale” qəzetinin “Insideover” analitik portalında jurnalist Emanuele Pietrobonun “Oxçuçay, nifaq və zəhərli tullantılar çayı” başlıqlı məqaləsində də bu msələdən bəhs olunur. Yazıda Oxçuçayın Ermənistandakı iki zavod, əsas səhmdarı Almaniyanın “Cronimet” şirkəti olan “Zəngəzur mis-molibden zavodu” və “Chaarat Kapan” adını daşıyan “Qafan dağ-mədən və emal zavodu” tərəfindən çirkləndirilidiyi bildirilir.

Yazıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin məsələylə bağlı Twitter paylaşımına da istinad edilir.

Mission News Theme by Compete Themes.