Press "Enter" to skip to content

Kibertəhlükəsizlik yarışında Azərbaycanı təmsil edəcək şəxslər

Bayraqdar.info – “WorldSkills Azerbaijan” platforması Azərbaycanı kiber təhlükəsizlik istiqaməti üzrə “WorldSkills Asia 2021” bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim mərhələsinə başlayır.

Bu barədə bayraqdar.info-ya xəbər iyulun 14-də Təhsil Nazirliyindən verilib.

Xəbərdə bildirilir ki, yaşı 25-dək olan gənclər qeydiyyat prosesində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək və seçim mərhələsinin tapşırıq layihəsi ilə tanış olmaq üçün müvafiq keçiddən istifadə etmək olaq. Seçim mərhələsinə qatılmaq üçün son qeydiyyat tarixi 21 iyuldur.

Nazirlik qeyd edir ki, ən yaxşı nəticə göstərən iki şəxs 28-31 iyul tarixlərində “WorldSkills Asia 2021” tərəfindən təşkil ediləcək kiber təhlükəsizlik yarışında Azərbaycanı komanda şəklində təmsil etmək hüququ əldə edəcək.

Onlayn formatda təşkil ediləcək yarışlara 26 ölkədən təmsilçilərin qatılması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.