Press "Enter" to skip to content

Prezident şəhid ailələri ilə görüşüb, DOST Mərkəzinin açılışını edib

Bayraqdar.info – İyulun 14-də Prezident İlham Əliyev Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Dövlət başçısı şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.

Xəbəri iyulun 14-də Prezident Administrasiyasının Mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, Prezident İlham Əliyev görüşdə çıxış edib. O deyib: “Bu kompleks 810 mənzildən ibarətdir, böyük yaşayış kompleksidir. Mən indi burada yaradılmış şəraitlə tanış oldum, görürəm ki, şərait çox yaxşıdır. Evlər işıqlı, genişdir. 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yəni burada rahat yaşamaq üçün bütün imkanlar var. Burada şəhid ailələri, Qarabağ qaziləri yaşayacaqlar”.

Xəbərdə bildrilir ki, daha sonra İ.Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzinin açılışında iştirak edib.

Maraqlı memarlıq layihəsi olan yeni DOST Mərkəzində gün ərzində təxminən 400 vətəndaşın qəbul edilməsi üçün hər cür şərait yaradılıb. Bu prosesi 120 nəfərə yaxın işçi heyəti və 50 könüllü həyata keçirəcək. Dost mərkəzlərində vətəndaşlar 152 adda xidmətdən rahatlıqla yararlana bilərlər.
Yaxın iki ay ərzində DOST Mərkəzində yaradılan Vahid Əlaqələndirmə Mərkəzi fəaliyyətə başlayacaq. Burada şəhid ailələrinə və qazilərə yeddi qurum üzrə 26 xidmət göstəriləcək. Onların əlavə xərclərə və vaxt itkisinə yol vermədən bu xidmətlərə əlçatanlığı təmin ediləcək.

Mission News Theme by Compete Themes.