Press "Enter" to skip to content

İbrahim Eren: Bizi dəstəkləyənlərə də, tənqid edənlərə də təşəkkürlər

İbrahim EREN

Son yeniləmə: 15 İyul 2021 13:26

Bayraqdar.info – TRT Yönətim Qurulu başqanı və baş direktoru İbrahim Erenin bu vəzifədə görəv sürəsi başa çatıb. Bu barədə o özü məlumat verib.

Sosial şəbəkədəki paylaşımında İ.Eren aşağıdakıları yazıb: “ 10 iyul 2017-ci ildə təyin edildiyim TRT Yönətim Qurulu başqanı ve baş direktoru vəzifəsini başa vurmaqdayam. Vəzifədə olduğum müddətdə dəstəklərini hər zaman hiss etdiyim və bizə güvənib bu vəzifəni layiq görən sayın Cümhurbaşqanımız Recep Tayyip Erdoğana təşəkkürümü bildiririəm”.

İ.Eren daha sonra “köklü bir keçmişi olan TRT-nin son 8 ilində baş direktor müavini və baş direktoru vəzifələrində çalışdım. İş yoldaşlarımla birlikdə bu müddətdə çox şalışdıq. Gözəl günlərimiz də oldu, üzüldüyümüz günlərimiz də. Etdiklərimizi dəstəkləyənlər də oldu, tənqid edənlər də. Dəstəkləyənlər, görülən işlərin arxasındakı zəhməti dəyərləndirənlər, həyəcanımızı paylaşanlar sayəsində təzələndik. Fərqli fikirlərini bildirənlər sayəsində də geriliklərimizi aradan qaldırmaq və daha yaxşı işlər üçün çalışdıq. Bizi dəstəkləyənlərə də, tənqid edənlərə də təşəkkür edirəm. Uğurlarımız bir kollektiv əməyinin nəticəsi idi” yazıb.

İ.Eren sonda onu hər zaman dəstəkəyən həyat yoldaşına və uşaqlarına, dəstək və dualaırnı heç br zaman əsirgəməyən anasına, atasına və qardaşalrına da təşəkkür edib.

Əlavə edək ki, TRT Haber iyulun 15-də İ.Erenin işindən ayrılmasına həsr edilmiş duyğulu anlarla dolu video çarx yayımlayıb.

Qeyd edək ki, TRT-ni sözün həqiqi anlamında yeni zirvələrə daşımaqla tarix yazmağı bacaran, yalnız Türkiyədə deyil, bütün dünyada sevilən bir kanala çevirən İ.Eren lütfkarlıq edərək bayraqdar.info-ya da geniş müsahibə vermişdi. O, bu müsahibədə TRT ailəsinin gördüyü işlər haqqında ayrıntılı danışmışdı. O baxımdan həmin müsahibə də oxucuların diqqətinə səbəb olmuşdu.

Redaktə və əlavə: Azər Həsrət

Mission News Theme by Compete Themes.