Press "Enter" to skip to content

125 məzun qızıl, 67 məzun isə gümüş nişanla təltif olunub

Bayraqdar.info – Təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2020-2021-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən iyulun 16-da bayraqdar.info-ya bildirilib ki, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 67 nəfər isə gümüş nişanla təltif olunub.

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.

Mission News Theme by Compete Themes.