Press "Enter" to skip to content

6 ayda 31 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

Bayraqdar.info – 2021-ci ilin 6 ayı ərzində dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlər davam etdirilib. Bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrindən 31 uşaq ailələrinin istəkləri əsasında yenidən doğma ailələrinə qaytarılıb. Onlardan 11-i qız, 20-si oğlandır.

Bu barədə bayraqdar.info-ya iyulun 17-də Nazirlikdən bildirilib. Qeyd olunub ki, Nazirliyin e-sosial.az portalı vasitəsilə övladlığa götürmə ilə bağlı edilmiş müraciətlərə uyğun olaraq, yanvar-iyun aylarında 54 uşaq övladlığa verilib. Onlardan 26-sı oğlan, 28-i isə qızdır.

Uşaqların övladlığa götürüldüyü ailələrdə monitorinq işləri də davam etdirilib, övladlığa götürülmüş 206 uşaqla bağlı 204-ü əyani, 2-si distant olmaqla monitorinqlər aparılıb.

Mission News Theme by Compete Themes.