Press "Enter" to skip to content

“Azərxalça” “Zəfər” kolleksiyası müsabiqəsinə başlayır

Bayraqdar.info – “Azərxalça” gənc, istedadlı rəssam və dizaynerləri “Zəfər” kolleksiyası müsabiqəsində iştiraka dəvət edir.

Bu barədə xəbər iyulun 17-də bayraqdar.info-ya “Azərxalça”dan verilib.

Xəbərdə deyilir ki, seçmə mərhələsini uğurla keçən gənclər üçün yerli və xarici mütəxəssislərdən ibarət qrup tərəfindən rəsmi kurslar təşkil olunacaq. Bir ay ərzində müsabiqə iştirakçıları lazımi biliklərə yiyələnməklə yanaşı, özlərinin 8 noyabr – Qələbə gününə həsr olunmuş xalça və xalça məmulatlarını hazırlayacaqlar.

Müsabiqədə iştirak etmək üçün şərtlər çox asandır. Bunun üçün portfolio və Qələbə günü və ya Qarabağ mövzusunda hazırlanan xalça və ya xalça məmulatları eskizlərinizi göndərmək kifayətdir. Portfolio link formasında göndərilməli, eskizlər 3 rəngli və A4 formatda olmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər creative@azerxalca.az ünvanına avqustun 10-a kimi müraciət edə bilərlər.

Mission News Theme by Compete Themes.