Press "Enter" to skip to content

DİM dövlət orqanlarının nümayəndələrinə təlim keçir

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – İyulun 16-da “Daxili nəzarət sisteminin həyata keçirilməsi” üzrə pilot layihənin ilk onlayn təlimi keçirilib. Təlim Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT/OECD) ilə birgə SIGMA (Rəhbərlik və idarəetmədə təkmilləşdirməyə dəstək) proqramı çərçivəsində həyata keçirilib.

Bu barədə xəbər iyulun 17-də bayraqdar.info-ya DİM-dən daxil olub.

Xəbərdə deyilir ki, pilot layihənin məqsədi DİM və digər dövlət orqanlarında daxili nəzarət mexanizminin qurulmasına yardım göstərməkdir.

Təlim iştirakçıları SIGMA-nın təcrübəli eksperti olan Andra Larin tərəfindən COSO daxili nəzarət sisteminin əsas komponentləri, prinsipləri və risklərin qiymətləndirilməsi metodologiyası barədə təqdimatı dinləyib, fikir mübadiləsi aparıblar.

İştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.

DİM-dən o da qeyd edilir ki, təlimin 22 və 26 iyul tarixlərindəki sessiyaları pilot layihəyə qoşulmuş dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupu üçün keçiriləcək.

Mission News Theme by Compete Themes.