Press "Enter" to skip to content

Sosial sahədə aparılan genişmiqyaslı islahatlar

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) son 6 ayda gəlirləri artıb. Bu barədə Fondun son 6 ayda gördüyü işlərin sosial müdafiə sahəsindəki icra vəziyyəti ilə bağlı keçirilən iclasda bildirilib.

Qeyd olunub ki, 2021-ci ilin birinci yarımilində DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 2,21 faiz (57 mln. manat) artaraq 2 milyard 614,2 milyon manat olub. Bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 7,88 faiz (134,12 milyon manat) artaraq 1 milyard 836,85 milyon manat təşkil etdiyi bildirlib.

Nazirlikdən iyulun 17-də bayraqdar.info-ya verilən məlumata əsasən iclasda sosial sahədə aparılan genişmiqyaslı islahatların DSMF-ni də əhatə etdiyi vurğulanıb. Eyni zamanda Fondun fəaliyyətində müsbət dinamikanın davam etdiyi vurğulanıb.

İclasda daxilolmalara dair illik proqnozun büdcə təşkilatları üzrə 104,54 faiz, qeyri-büdcə sektoru üzrə 114,42 faiz icra edildiyi diqqətə çatdırılıb. Dövlət başçısının 2019-cu ilin dekabr ayında imzaladığı Fərmanla DSMF-nin publik hüquqi şəxs kimi fəaliyyət göstərdiyi, Fondun öz fəaliyyətini əhaliyə xidmət modelinə keçid istiqamətində qurduğu vurğulanıb.

İclasda Fondun Maddi Məişət Şəraitinin Müayinəsi, Məhkəmə Mübahisələri ilə İş, Arxiv və İnventarlaşdırma, Sosial Ödənişlərin Təyinatı, Xüsusi Şərtlərlə Təyinat, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiallarının son 6 aya dair fəaliyyətinə dair təqdimatlar edilib.

Eyni zamanda şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron informasiya bazasının yaradılması işlərindən bəhs edilib. Yaradılmaqda olan məlumat bazasının müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacağı deyilib. Həmçinin bunun sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcəyi vurğulanıb.

Mission News Theme by Compete Themes.