Press "Enter" to skip to content

Azərbaycanlı hakim və həkim Tokio-2020-yə dəvət alıb

Bayraqdar.info – Beynəlxalq Olimpiya Komitəsi (BOK) azərbaycanlı hakim və həkimə etimad göstərib.

Azərbaycan Boks Federasiyasından iyulun 22-də bayraqdar.info-ya bildirilib ki, BOK Azərbaycandan iki nəfəri Beynəlxalq Olimpiya Oyunlarına dəvət edib.

Bunlar beynəlxalq dərəcəli hakim Anar Babanlı və həkim Leyla Nəsirovadır. Onlar Olimpiadanın boks yarışlarında hakim və həkim kimi çalışacaqlar.

ABF-dən qeyd edirlər ki, Tokio-2020-də Azərbaycanın beş boksçusu mübarizə aparacaq. Ölkənin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominges (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaq.

Tokio-2020-nin boks yarışları iyulun 24-dən avqustun 8-dək “Ryogoku Kokugikan” idman sarayında keçiriləcək.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci ildə keçirilməli idi. Lakin pandemiya üzündən təxirə salındı. Bununla belə onu Tokio-2020 adlandırmaqla bağlı qərar qüvvədə qalıb.

Mission News Theme by Compete Themes.