Press "Enter" to skip to content

Bakalavrların qeydiyyat müddəti iyulun 26-dək uzadılıb

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı portal.edu.az platformasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılır.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.

Dövlət İmtahan Mərkəzindən bayraqdar.info-ya bildirilib ki, iyulun 21-i səhər saatlarına olan məlumata əsasən, 8 min 941 (83 faiz) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6 min 574 (61 faiz) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.

DİM bakalavrların nəzərinə çatdırıb ki, qeydiyyat müddəti iyulun 26-sı saat 23:59-dək uzadılıb.

Mission News Theme by Compete Themes.