Press "Enter" to skip to content

Təhsil qrantları üçün layihələr qəbul olunur

Bayraqdar.info – Təhsil Nazirliyi qrant müsabiqəsi elan edib. Müsabiqənin məqsədi gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanmasına xidmət edir.

Təhsil Nazirliyindən iyulun 22-də bayraqdar.info-ya bildirilib ki, müsabiqədə iştirak üçün müraciət sənədləri elektron formada birkonullu@edu.gov.az ünvanına göndərilməlidir. Layihələr iyulun 27-si saat 21:00-dək qəbul olunur.

Müsabiqənin təşkilində məqsəd tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünü inkişaf tədbirlərinin genişləndirilməsindən ibarətdir.

Mission News Theme by Compete Themes.