Press "Enter" to skip to content

İndiyə kimi 12 min 174 nəfər subbakalavr ərizəsini təsdiqləyib

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Ali təhsil müəssisələrinə subbakalavrlardan ərizə qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq etməlidirlər.

Bu barədə iyulun 23-də bayraqdar.info-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Məlumatda bildirilib ki, subbakalavrlar DİM-in internet saytında Şəxsi kabinet yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edə bilər.

DİM-dən bildirilir ki, iyulun 23-ü saat 10:25-ə olan məlumata görə, 12 min 174 subbakalavr elektron ərizəsini təsdiqlədib.

Mission News Theme by Compete Themes.