Press "Enter" to skip to content

Prezident humanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqləyib

Bayraqdar.info – Prezident İlham Əliyevin yeni təsdiqlədiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun əlilliyi olan şəxslərə humanist yanaşmanı özündə ehtiva edir.

Bu barədə bayraqdar.info-ya iyulun 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna yeni maddə əlavə edilib. Maddəyə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab ediləcək.

Yəni, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilərsə, yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Beləliklə, ötürülmüş müddət nəzərə alınacaq və həmin müddət üçün də vətəndaşa əlilliyə görə sosial ödənişlər veriləcək.

Mission News Theme by Compete Themes.