Press "Enter" to skip to content

Azərbaycan təmsilçiləri beynəlxalq bacarıq yarışında mübarizəyə başlayır

Bayraqdar.info – Azərbaycan təmsilçiləri Worldskills Asia-2021 bacarıq yarışlarında “Veb dizayn və proqramlaşdırma” və “Kiber təhlükəsizlik” istiqamətləri üzrə mübarizəyə başlayırlar.

Xəbəri iyulun 28-də bayraqdar.info-ya Təhsil Nazirliyindən veriblər.

Xəbərdə deyilir ki, Azərbaycan təmsilçisi Kamil Səlimli veb proqramlaşdırma, Hüseyn Qəmbərov isə kiber təhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsil etmək hüququ əldə edib.

Beynəlxalq yarış 5 iyul-15 avqust tarixlərində WorldSkills Asia tərəfindən 13 bacarıq istiqaməti üzrə onlayn formatda təşkil edilməkdədir.

26 müxtəlif ölkə təmsilçisinin mübarizə aparacağı bacarıq yarışlarında Azərbaycan ilk dəfədir ki, iştirak edir.

Mission News Theme by Compete Themes.