Press "Enter" to skip to content

Prezident Əfqanıstana yeni səfir təyin edib

Prezident İlham Əliyev

Bayraqdar.info – Prezident İlham Əliyev iyulun 28-də Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması haqqında Sərəncam imzalayıb.

Bu barədə məlumat iyulun 28-də prezident.az saytında yayımlanıb.

Məlumatda bildirilir ki, Sərəncama əsasən, Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Mission News Theme by Compete Themes.