Press "Enter" to skip to content

Zəfər Düşərgəsinin iştirakçıları Qarabağ qaziləri ilə görüşüblər

Son yeniləmə: 29 İyul 2021 09:37

Bayraqdar.info – İyulun 28-də 200-dən çox gəncin iştirakı ilə keçirilən “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” Naxçıvan Muxtar Respublikasında davam edib. Tədbiri Azərbaycan və Naxçıvan MR-ın Gənclər fondları, Türkiyə Gənclik Vəqfi birgə təşkil edib.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərə görə, düşərgənin ikinci günü qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Burada onlara müalicə mərkəzi ilə bağlı ətraflı məlumat verilib. Daha sonra “Duzdağ” hoteldə düşərgə iştirakçılarının İkinci Qarabağ müharibəsinin qaziləri ilə görüşü keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan MR Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qazilərlə görüşün məqsədi gənclərə vətənpərvərlik ideologiyasını aşılamaqdır. Çünki II Qarabağ müharibəsində xalqımız Ali Baş Komandanın ətrafında birləşərək birlik, bərabərlik, bir sözlə, əsl vətəndaşlıq nümayiş etdirdi.

Vətən müharibəsi qazisi, Şuşanın, Xocavəndin azad olunması uğrunda və “İgidliyə görə” medalları ilə təltif olunan mayor Təbriz Zeynalov qazilər adından çıxış edib. O, bildirib ki, 30 ilə yaxın müddətdə səbr göstərən xalq nəhayət qələbəyə çatdı. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır.

“Bu, bizim üçün böyük qürur və sevincdir. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqların işğaldan azad edilməsi Azərbaycan xalqının özünə inamını qaytardı. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Müharibənin ən şiddətli anlarında belə qardaş Türkiyə bizdən dəstəyini heç zaman əsirgəmədi”, – deyə o, bildirib.

Sonda Vətən müharibəsi iştirakçıları gənclərin suallarını cavablandırıb.

Mission News Theme by Compete Themes.