Press "Enter" to skip to content

Azərbaycan dövləti qardaş Türkiyənin yanındadır

Prezident İlham Əliyev

Bayraqdar.info – İyulun 30-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana məktub ünvanlayıb.

Məktubda deyilir: “Hörmətli cənab Prezident, əziz qardaşım. Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir.

Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir.

Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Əlavə edək ki, Azərbaycan dövləti yanğınlarla mübarizədə yardım üçün Türkiyəyə dəstək göndərməklə bağlı da qərar verib. Bu haqda xəbəri Prezidentin köməkçisi Hikmət Hacıyev açıqlayıb.

Mission News Theme by Compete Themes.