Press "Enter" to skip to content

Prezident İsmayıllı yollarının tikintisi üçün pul ayırdı

Bayraqdar.info – Prezident İlham Əliyev iyulun 30-da İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Xəbər iyulun 30-da Prezidentin Mətbuat xidmətindən yayılıb.

Xəbərdə bildirilir ki, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi üçün AAYDA-ya 2021-ci il dövlət büdcəsindən 5,6 milyon manat ayrılıb.

Mission News Theme by Compete Themes.