Press "Enter" to skip to content

YARAT-da “Nano dünyanı yarat” adlı sərgi keçiriləcək

Bayraqdar.info – Little YARAT ARTIM-da yeniyetmələr üçün “Yüyürmə! Gördüyün yalnız sərabdır” sərgisi çərçivəsində növbəti silsilə ustad dərsləri təqdim edilir. 31 iyul – 1 avqust tarixlərində işə başlayacaq dərsləri Nərgiz Əsgərova həyata keçirəcək. O, “Nano dünyanı yarat” adlı sərgi ilə çıxış edəcək.

Yaş məhdudiyyəti 12-15 yaş aralığındadır.

Little YARAT ARTIM-dan bayraqdardar.info-ya bildirilirb ki, iki gün ərzində iştirakçılar rəqəmsal nano-art ilə tanış olacaqlar.

1-ci gün iştirakçılar elektron mikroskop vasitəsilə gündəlik həyatda qarşılaşıdıqları canlı aləmin nano kompozisiyalarının necə yaradılması ilə tanış olacaqlar. Günün sonunda isə onlar, gəzintiyə çıxaraq təbiət nümunələrini toplayacaqlar.

2-ci gün iştirakçılar topladıqları təbiət nümunələrinin elektron mikroskop vasitəsilə fotolarını çəkəcəklər və öncədən çap olunmuş nano fotolardan yer kürəsi xəritəsinin kollajını yaradacaqlar.

Növbəti ustad dərsini “Başqa fənlər” adlı mövzuda Fidan Əzizova avqustun 7-8-də tədris edəcək. Yaş məhdudiyyəti 12-15 arasıdır.

Xəbərdə deyilir ki, iki gün davam edəcək ustad dərslərində iştirakçılar məktəb fənlərinin köməyi ilə müxtəlif incəsənət terapiyaları keçəcəklər. Onlar vizual, audio və kinestetik öyrənmə tərzləri ilə yaradıcılıq, problem həll etmə, komanda və fərdi layihələrdə iştirak edəcəklər.

Mission News Theme by Compete Themes.