Press "Enter" to skip to content

Ermənilər yenə də Naxçıvan istiqamətində atəşkəsi pozub

Müdafiə Nazrliyi

Bayraqdar.info – Müdafiə Nazirliyindən daxil olan xəbərə görə, “avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub”.

Nazirlik xəbər verir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur, cavab atəşi ilə qarşı tərəf susdurulub.

O da əlavə edilib ki, xəbərin verildiyi an üçün qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.

Mission News Theme by Compete Themes.