Press "Enter" to skip to content

7 minə yaxın şəxsin məşğulluğuna dəstək göstərilib

Bayraqdar.info – Postmüharibə dövründə şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 7 minə yaxın şəxsin məşğulluğuna dəstək göstərilib. Bu dəstək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial dəstək paketi çərçivəsində göstərilib.

Bu barədə bayraqdar.info-ya avqustun 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Onlardan 5 min 100-dək şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub. Seçdikləri iqtisadi fəaliyyət növləri üzrə həmin şəxslərin kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün proqram əsasında aktivlərlə təminatı işləri aparılır.

Qeyd edilən kateqoriyalardan olan 515 şəxsə münasib işlərə göndəriş verilib, min nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və yaralanmış qəhrəmanların məşğulluğuna dəstək məqsədilə başladılan “Məşğulluq marafonu” çərçivəsində təqdim edilən vakansiyalar üzrə isə 321 nəfər münasib işlə təmin edilib.

Mission News Theme by Compete Themes.