Press "Enter" to skip to content

Avropa İttifaqının “Horizon Europe” proqramı haqqında təlim keçirilib

Bayraqdar.info – Yerli ali təhsil müəssisələri üçün Təhsil Nazirliyinin və AMEA-nın təşkilatçılığı ilə “Horizon Europe” elmi-tədqiqatlar qrant proqramı barədə onlayn təlim təşkil olunub.

Xəbər bayraqdar.info-ya avqustun 2-də Təhsil Nazirliyindən verilib.

Xəbərdə deyilir ki, beş təqdimatı ehtiva edən təlimin məqsədi elmi-tədqiqat qrant layihələrinə müraciət, mövcud imkanlar, Marie Skłodowska-Curie Actions (MSCA), COST və tibb üzrə işçi proqramları barədə yerli ATM-lər haqqında məlumat verməkdir.

“Həmçinin, təlimlərdə alimlər üçün lazımi informasiyanı təmin etmək və iştirakçılar arasında bu sahədə məlumat mübadiləsi və əməkdaşlığı təşviq etmək layihənin məqsədlərindəndir”, – deyə xəbərdə bildirilir.

Təlimdə 20-dən çox ali təhsil müəssisəsindən 60-a yaxın nümayəndə iştirak edib. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.