Press "Enter" to skip to content

Türkiyəni aciz göstərmək istəyənlər hərəkətə keçib

Fahrettin Altun

Fahrettin Altun: Ölkə xaricindən və bir mərkəzdən təşkil olunan sözdə yardım kampaniyası dövlətimizi aciz göstərmək məqsədilə başladılıb

Bayraqdar.info – “Ölkə xaricindən və bir mərkəzdən təşkil olanan sözdə yardım kampaniyası ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək məqsədilə başladılıb.”

Bunu Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının rəhbəri Fahrettin Altun öz sosial media hesabında yazıb.

Türkiyənin ölkəmizdəki səfirliyindən avqustun 2-də bayraqdar.info-ya verilən məlumata görə, F.Altun daha sonra yazıb: “Ölkəmizi cənginə alan meşə yanğınlarına qarşı dövlətimizin bütün imkanları səfərbər edilərək mübarizəmiz davam edir. 35 vilayətdə 129 yanğından 122-si nəzarət altına alınıb. Xoş niyyətli hər yardım və töhfə milli birliyimizin gərəyidir. Ancaq axşamdan etibarən ölkə xaricindən və bir mərkəzdən təşkil olanan sözdə yardım kampaniyası ideoloji motivlərlə dövlətimizi aciz göstərmək və dövlət-millət birliyimizi zəiflətmək məqsədilə başladılıb.

Hazırda sosial platformalarda, anlıq mesajlaşma qruplarında, forumlarda yayılan məlumatların böyük əksəriyyəti yalandır. Belə bir təbii fəlakət vəziyyətində yalan məlumat yayanların tələsinə düşməyək. Yalnız rəsmi qurumların açıqlamalarına etimad edək.

Türkiyəmiz güclüdür. Dövlətimiz dimdik ayaqdadır. Cümhurbaşqanımızın dediyi kimi, itirdiyimiz həyatlar istisna olmaqla bütün itkilərimizi kompensasiya edəcəyik və içimizi yandıran bu odu söndürəcəyik”.

Mission News Theme by Compete Themes.