Press "Enter" to skip to content

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək

Bayraqdar.info – Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən əmr imzalanıb.

Xəbər bayraqdar.info-ya BŞTİ-dən verilib.

Xəbərdə deyilir ki, təsdiqlənmiş Tədbirlər Planına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində ustad sənətkar Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş konfranslar, açıq dərslər, dəyirmi masalar, ədəbi-bədii gecələr, müsabiqə və yarışlar keçiriləcək.

Həmçinin, ustad sənətkarın 200 illik yubileyinə həsr olunmuş rəsm sərgiləri keçiriləcək, divar qəzeti və bülletenlər hazırlanacaq.

“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda şeir müsabiqəsi də təşkil olunacaq.

Bundan başqa, məktəb kitabxanalarında Aşıq Ələsgər irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində diskussiya və debatlar keçiriləcək.

Mission News Theme by Compete Themes.