Press "Enter" to skip to content

DİM rezidentura və hərbi liseylərə qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi

Bayraqdar.info – Avqustun 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) ikinci cəhdi və hərbi liseylərə qəbul imtahanı keçiriləcək.

DİM-dən avqustun 3-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, imtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

“Hər iki imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçılar DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır”, – deyə DİM-dən bildirilir.

Qeyd edilir ki, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əslni və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.

Mission News Theme by Compete Themes.