Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı bu gün İstanbula səfər edəcək

Bayraqdar.info – KKTC Cümhurbaşqanı Ersin Tatar xanımı Sibel Tatar ilə bilrikdə bu gün İstanbula səfər edəcək. Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.

Bildirilib ki, səfərdə məqsəd 20 Temmuz Barış Hərəkatının 47-ci ildönümünə həsr olunmuş tədbirlərə qatılmaqdır. Tədbirlər İstanbul Kıbrıs Türk Kültür Dərnəyi tərəfindən KKTC İstanbul Baş konsulluğunun dəstəiyi ilə təşkil edilir.

Qeyd edilir ki, səfər zamanı E.Tatar bəzi QHT təmsilçiləri və media nümayəndələri ilə bir araya gələcək. Həmin görüşlərdə KKTC Cümhurbaşqanının Kıbrıs probleminin həlli ilə bağlı bir sıra maraqlı açıqlamalar verəcəyi gözlənilir.

O da vurğulanır ki, İstanbul Kıbrıs Türk Kültür Dərnəyinin Kıbrıs türk xalqının azadlıq mübarizəsində özünəməxsus şərəfli yeri var. Belə ki, bu Dərnək 1946-cı ildə Kıbrıs türk xalqının səsini Anadoluya və bütün dünyaya çatdırmaq üçün yaradılıb.

Ən əsası isə 1997-2001-ci illərdə Dərnəyə məhz Ersin Tatar rəhbərlik edib.

Mission News Theme by Compete Themes.