Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı Ersin Tatar: Doğru olanı edirik

Ersin Tatar

Bayraqdar.info – “Maraş açılımını insan hüquqlarının yerinə yetirilməsi və şikayətlərin aradan qaldırılması üçün etdik.”

Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar avqustun 2-də Nazirlər Kabinetinin iclasından sonra deyib. 2 saat davam edən iclasdan sonra Baş nazir Ersan Sanerlə birlikdə mətbuat konfransı keçirən Ersin Tatar bir sıra vacib məqamlara toxunub.

KKTC-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, Maraşın müxtəlif vaxtlarda masaya gəldiyini qeyd edən E.Tatar daha sonra aşağıdakıları bildirİb: “Annan planına “hə” desəydilər, Maraş geri qaytarılacaqdı. Crans Montanada bir uğur olsaydı, Maraş geri qaytarılacaqdı. Yaxud, qurucu Cümhurbaşqanı Rauf Denktaşın dövründə Ercan hava limanı birbaşa uçuşlara açılsaydı, Maraş geri qaytarılacaqdı. Kıbrısın rum tərəfi bütün bu imkanları rədd etdi”.

Maraşdakı siyasətin beynəlxalq hüquqa uyğun qərarlar qəbul etmək yönündə olduğunu bildirən E.Tatar, “doğru olanı edirik” deyib.

Mission News Theme by Compete Themes.