Press "Enter" to skip to content

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 341-ə çatıb

Bayraqdar.info – Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 341-ə çatıb. Onlardan 155-i dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 210-u xidmət, 98-i emal, 19-u kənd təsərrüfatı, 14-ü tikinti sahəsinə aiddir.

Bunu bayraqdar.info-ya avqustun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, marafona qoşulan işəgötürənlər tərəfindən təqdim edilən vakansiyaların sayı isə 1484-ə çatıb.

Təqdim edilən vakansiyalar üzrə artıq 342 nəfər, o cümlədən 83 şəhid ailəsi üzvü və 259 qazi münasib işlərlə təmin olunub. İşə cəlb olunanlar arasında 18-29 yaş arası şəxslər üstünlük təşkil edir.

Mission News Theme by Compete Themes.