Press "Enter" to skip to content

“Neftçi” UEFA Avropa Liqasında ilk oyununu keçirəcək

Son yeniləmə: 3 Avqust 2021 12:39

Bayraqdar.info – “Neftçi” Futbol Klubu avqustun 3-də Finlandiyanın HJK komandasını qəbul edəcək.

AFFA-dan bayraqdar.ino-ya verilən xəbərə görə, saat 21:00-da Bakıdakı “Bakcell Arena”da başlayacaq qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Uilyam Kollum olacaq.

“Neftçi”nin heyətində zədə alması ucbatından Namik Ələskərov və cəzalı olduğu üçün Mert Çelik meydana çıxa bilməyəcəklər.

Klubdan qeyd edilib ki, komandaların cavab qarşılaşması avqustun 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində Türkiyənin “Fenerbahçe” klubu ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

Mission News Theme by Compete Themes.