Press "Enter" to skip to content

Ceyhun Bayramov Yaponiya xarici işlər naziri ilə danışıb

Bayraqdar.info – Avqustun 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın xarici işlər naziri Motegi Toşimitsu ilə telefonla danışıb.

Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.

Bildirilib ki, nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

Nazir C.Bayramov hazırkı çətin vəziyyətdə Tokio-2020 Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkili münasibətilə yapon həmkarını təbrik edib.

Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin növbəti ildə qeyd olunacağını vurğulayaraq bu xüsusda fikir mübadiləsi aparıblar.

Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər.

C.Bayramov, yapon həmkarına işğaldan azad olunmuş ərazilərdə postmünaqişə dövründə aparılan bərpa və quruculuq işləri və xarici ölkələrin, o cümlədən yapon investorların bu prosesdə iştirakı imkanları barədə ətraflı məlumat verib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Mission News Theme by Compete Themes.