Press "Enter" to skip to content

Rəngkarliq Muzeyində rənglərin dili ilə “Eşq naxışları”

Bayraqdar.info – Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.

Bu ayın ilk dərsi avqustun 4-də Çingiz Babayevin iştirakı ilə “Eşq naxışları” mövzusunda olacaq.

Muzeydən bayraqdar.info-ya veilən məlumatda bildrilir ki, növbəti dərs avqustun 11-də Gülarə İsrafilovanın iştirakı ilə “Səyahət”, 18-də İrina Eldarovanın iştirakı ilə “Güllər” mövzusunda davam edəcək.

Ay ərzində sonuncu dərs avqustun 25-də Eliyar Əlimirzoyevin rəhbərliyi ilə “Rəssamın gözü” mövzusuna həsr olunacaq.

Muzeydən qeyd edilir ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar Muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır. Ustad dərsləri ödənişsizdir.

Mission News Theme by Compete Themes.