Press "Enter" to skip to content

Yemişin yeni sortlarının dequstasiyası həyata keçirilib

Bayraqdar.info – Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən yemiş bitkisinin yeni yaradılmış, daha məhsuldar və yüksək dad keyfiyyətinə malik sort və hibridlərinin dequstasiyası prosesi həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, İnstitutda bostan bitkiləri üzrə həyata keçirilən seleksiya işlərinin nəticələri nümayiş olunub.

“Yeni perspektiv yemiş sortlarının dequstasiya prosesində qonaq qismində KTN, AMEA və bir sıra institutların nümayəndələri də iştirak ediblər.

“Təqdim olunan sort nümunələri iştirakçılar tərəfindən bir neçə parametr üzrə qiymətləndirilib və müvafiq qeydlər aparılıb. İştirakçılar tərəfindən bəyənilmiş sort nümunələrinin qeydiyyata alınması üçün KTN yanında Aqrar Xidmət Agentliyinə təqdim olunması məqsədəuyğun hesab edilib”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.