Press "Enter" to skip to content

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədəki yanğınlarla mübarizəyə qoşulur

Bayraqdar.info – Prezident İlham Əliyevin göstərişi ilə meşə yanğınları ilə mübarizə məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin 3-cü qrupu aqustun 5-də qardaş Türkiyə Cümhuriyyətinə yola düşür.

Bu barədə avqustun 5-də FHN-dən xəbər verilib.

Xəbərdə qeyd edilir ki, artıq yanğın-xilasetmə qrupuna daxil olan BE-200 tipli amfibiya təyyarəsi avqustun 5-də səhər saatlarında Türkiyəyə uçub.

Qrupa daxil olan 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən isə yaxın saatlarda qardaş ölkəyə yola düşəcək.

Bayraqdar.info günlərdir haqqında danışılan təyyarə ilə bağlı açıq mənbələrdəki informasiyanı təqdim edir.

BE-200 Altair amfibiya təyyarələri həm qurudan, həm də sudan enmə və qalxma etməyi bacaran təyyarə növüdür. Bu təyyarələr Rusiyada Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Komleksində istehsal edilir. Ona “uçan qayıq” da deyilir.

BE-200-lər ən çoxfunksiyalı təyyarə sayılır və ilk uçuşlarını 1998-cü ildə həyata keçirib. Bu təyyarələr amfibiya A-40 təyyarələrinin bazası əsasında yaradılıb.

Təyyarə həm yerdən, həm də sudan qalxmağı və enməyi bacardığı üçün amfibiya adlanır. Bu təyyarələrin əsas fəaliyyət istiqamətləri yanğının söndürülməsi, əməliyyat-axtarış tədbirlərində istifadə olunması, suların yüksəklikdən mühafizəsi, ekoloji missiya və həmçinin, yük və sərnişin daşımaqdır. Texniki-uçuş göstəricilərinə görə BE-200-lərin dünyada analoqu yoxdur.

Bu təyyarələrdə ekipaj iki nəfərdən ibarət olur. Təyyarə 43 nəfər sərnişin daşıya bilir. Təyyarənin uzunluğu 32.05 m, qanadlarının uzunluğu isə 32.70 m-dir. BE-200 boş halda 28 min kq-dır, təyyarənin hündürlüyü 8 m 90 sm-dir.

5 min kq-a qədər yük götürmək qabiliyyətində malik olan təyyarədə 8 su çəni var ki, bu su çənləri də 12 kubmetr su tutur. Təyyarə 7 min m. hündürlükdə saatda 700 km sürətlə uça bilir.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.