Press "Enter" to skip to content

Azərbaycanlı alim beynəlxalq müsabiqədə Abxaziyanın iştirakına etiraz etdi

Bayraqdar.info – Azərbaycanlı alim, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev növbəti dəfə Rusiya Federasiyasında geçirilən “Monetnoye Sozvezdiye-2021” (Sikkələr bürcü-2021) xatirə sikkələrinin XV Beynəlxalq müsabiqəsinin münsiflər heyətində yer alıb.

Xəbər bayraqdar.info-ya avqustun 5-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Xəbərdə qeyd edilir ki, müsabiqəyə dünyanın 20-dən artıq dövlətinin milli bankları, zərbxanaları və sikkə distribütor şirkətlərinin 1 yanvar – 31 dekabr 2020-ci il tarixlərində buraxılan sikkələri təqdim edilib.

“Müsabiqədə dünyanın müxtəlif ölkələrinin nüfuzlu numizmat alimləri, bankların, qiymətli kağız evlərinin və zərbxanalarının rəhbərləri, kolleksiyaçılar iştirak edəcək.

“Bu il müsabiqədə 9 nominasiya üzrə 27 sikkə qalib elan ediləcək. Xatırladaq ki, bu il müsabiqədə Rusiya, Qazaxıstan, Macarıstan, Cənubi Afrika Respublikası, Lixtenşteyn, Qırğızıstan, Fransa, Niderland, Belarus, İsrail, Avstraliya, Latviya, Litva, Palau, İsveçrə, Belçika, Kanada, İtaliya, Böyük Britaniya, Polşa, Ermənistan və tanınmamış Abxaziya Respublikasının 2020-ci ildə zərb edilmiş xatirə sikkələri təqdim edilib. İlin sonunda hər nominasiya üzrə I, II və III yerlərin qalibləri elan ediləcək.

“Numizimat alim A.Quliyev bildirib ki, tanınmamış Abxaziya Respublikasının müsabiqədə iştirakı ilə bağlı təşkilat komitəsinə etiraz məktubu göndərib. Qeyd edək ki, bir neçə il bundan əvvəl qondarma “Dağlıq Qarabağ Respublikası sikkələri” ilə bağlı analoji hal yaranmışdı. Şikayət məktubundan sonra qondarma qurumun “sikkələri” müsabiqədən çıxarılmışdı.

“Qeyd edək ki, azərbaycanlı alim yeddinci ildir ki, bu nüfuzlu müsabiqəyə münsif dəvət edilir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.