Press "Enter" to skip to content

Qazaxıstan əhalisinin sayı 19 milyonu keçdi

Qasım-Jomart Toqayev

Bayraqdar.info – Qardaş Qazaxıstanda əhalinin sayı 19 milyon nəfəri ötüb. Bununla bağlı avqustun 3-də ölkə Prezidenti Qasım-Jomart Toqayev öz sosial media hesabında paylaşım edib.

“Müstəqilliyin 30-cu ilində Qazaxıstan əhalisinin sayı tarixi həddi keçdi: Almatı Vilayətindən Jəniya Azamatqızı 19 milyonuncu vətəndaş oldu. Qız ailənin 4-cü uşağıdır. Ata-ananı və bütün qazaxıstanlıları bu hadisə münasibətilə təbrik edirəm”, – deyə Prezident yazıb.

Mission News Theme by Compete Themes.