Press "Enter" to skip to content

Azərbaycan ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub

Müdafiə Nazrliyi

Bayraqdar.info – Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələrində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad məntəqəsini atəşə tutub. Eyni zamanda, ermənilər Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Xəbər avqustun 6-da bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

Xəbərdə bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti Azərbaycan ordusunun nəzarəti altındadır.

Mission News Theme by Compete Themes.