Press "Enter" to skip to content

Dövlət Agentliyinin sədr müavini startapçılarla görüşüb

Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun mərhələsinə keçmiş 10 startap komandası ilə görüşüb.

Bu barədə bayrzaqdar.info-ya avqustun 6-da “ASAN xidmət”dən məlumat verilib.

Bildirlib ki, görüşdə “Tinyworks”, “Uniquality”, “Medicall”, “Skaut”, “Taskilled”, “ReTripStore”, “Rihand”, “Talant.az”, “E-Book platform” və “QMS” startaplarının komanda üzvləri iştirak ediblər.

C.Salmanov ölkəmizdə gənclərin inkişafına şərait yaradan innovasiya ekosisteminin və infrastrukturunun formalaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb. O, potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və implus yaradan “Azərbaycan 500 ASAN Startap Proqramı”nın bu sahədə önəmli rolunu vurğulayıb.

Komanda üzvləri Proqram çərçivəsində qurulan startapları və prototiplərin hazırlanmasının gedişatı haqqında məlumat veriblər.

Görüşdə, həmçinin iştirakçıların öz startaplarının inkişafı ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Yaxın zamanda təşkil olunacaq nümayiş günündə proqramın yekun mərhələsində iştirak edən 10 startapçı layihəsini geniş ictimaiyyətə, o cümlədən potensial investorlara təqdim etmək imkanı qazanıb.

Xatırladaq ki, “Azərbaycan 500 ASAN Startap Proqramı” Dövlət Agentliyi ilə “500 Startups” qlobal vençur kapitalı şirkəti ilə əməkdaşlıq çərçivəsində “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilir.

Proqramın əsas məqsədi ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafını sürətləndirmək, potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və implus yaratmağa kömək etmək və yerli startapların qlobal bazara və xarici investorlara çıxışına imkanları genişləndirməkdir.

Mission News Theme by Compete Themes.