Press "Enter" to skip to content

İçərşəhərdə “Fokusdan kənar” adlı fotosərgi keçirilir

Bayraqdar.info – İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində “Fokusdan kənar” adlı fotosərgi davam edir.

Xəbər bayraqdar.info-ya avqustun 6-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilib.

Xəbərdə deyilir ki, İdarənin dəstəyi və “F3.7 Union” Fotoqrafların Yaradıcı Birliyinin təşkilatçılığı ilə İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində “Fokusdan kənar” adlı fotosərgi iyulun 30-da açılıb, avqustun 15-dək davam edəcək.

Estetik nöqteyi-nəzərdən ekoloji vəziyyəti əks etdirən sərginin əsas mesajı “Planet sənin onu yaratdığın kimidir” şüarıdır.

Sərgidə Azərbaycanın müasir dövr fotoqrafları Yer planetinin bütün sakinlərinin üzləşdiyi və eyni zamanda etinasız yanaşdığı ekoloji fəlakətlərin aktual olan həqiqətlərini çatdıran əsərlərini nümayiş etdirirlər.

Mission News Theme by Compete Themes.