Press "Enter" to skip to content

Polis 298 toy şənliyinin monitorinqini keçirib

Bayraqdar.info – Avqustun 5-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və Respublika ərazisində 298 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat xidmətindən avqustun 6-da bayraqdar.info-ya verilən məlumatda qeyd edilir ki, monitorinqlər 246 şadlıq sarayında və 52 həyətyanı sahədə keçirilən toy şənliklərini əhatə edib.

“Nəticədə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozan 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati qaydada həbs edilib. 83 nəfər cərimə olunub, 2 nəfər barəsində iş baxılması üçün məhkəməyə göndərilib, 3 min 200 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb”, – deyə DİN-dən bildirilir.

Mission News Theme by Compete Themes.