Press "Enter" to skip to content

Qazaxıstan Türkiyə yanğınlarını söndürmək üçün dəstək göndərdi

Bayraqdar.info – Avqustun 7-də Qazaxıstan Xarici İşlər Nazirliyi bu ölkənin Türkiyədəki yanğınları söndürmək üçün 2 helikopter və 16 nəfərlik yanğınsöndürən heyət göndərdiyi haqqında xəbər yayıb.

Bu haqda xəbər Qazaxıstan XİN-in sosial media hesabında dərc edilib.

“Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi “QazAviaQutqaru”nun 2 ədəd Mi-8 AMT helikopteri ilə birlikdə 16 xilasedicidən ibarət heyəti meşə yanğınlarını söndürməyə kömək etmək üçün Türkiyəyə göndərdi”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.