Press "Enter" to skip to content

179 saylı marşrut da “BakıKart”a keçir

Son yeniləmə: 9 Avqust 2021 17:50

Bayraqdar.info – Avqustun 10-dan etibarən Bakıdakı 179 saylı marşrut xətti (Pirşağı qəsəbəsi – Azadlıq pr. m/st) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

A.Hüseynov küç.Rəsulzadə qəs. (Binəqədi rayonu);
28 May küç 269A, Mehdiabad qəs. (Abşeron rayonu);
Azadlıq pr.104 (Binəqədi rayonu);
2-ci Mədən (Binəqədi rayonu);
Cəfər Cabbarlı küç 5, Mehdiabad qəs. (Abşeron rayonu);
Pirşağı qəs. Qızılqum (Sabunçu rayonu);
Əjdər Məlikov küç, Pirşağı qəs. (Sabunçu rayonu);
Sovxoz 2, Cəfərəliyev küç.Pirşağı qəs. (Sabunçu rayonu).

Mission News Theme by Compete Themes.