Press "Enter" to skip to content

“Azəriqaz” Novxanıda “Açıq mikrofon” aksiyası keçirib

Bayraqdar.info – Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Abşeron rayonunun Novxanı qəsəbəsindəki yeni yaşayış massivində (“Novxanı” dəmir yolu stansiyasının yanında) növbəti – ikinci “Açıq mikrofon” (“Səyyar qəbul otağı”) aksiyasını reallaşdırıb.

“Azəriqaz”dan bayraqdar.info-ya verilən məlumata görə, “Səyyar qəbul otağı” vətəndaşların rahat şəkildə öz problemlərini səsləndirməsi üçün avqustun 9-da saat 10:00-dan 13:00-a qədər işlək vəziyyətdə olub.

“Birinci aksiyanın effektivliyi, “Açıq mikrofon”a qarşı yaranan güvən bu aksiyanın əhatə dairəsinə təsir edib. Belə ki, Bakının müxtəlif ərazilərində yaşayan sakinlər Novxanıya gələrək, mövcud problemlərini səsləndiriblər.

““Açıq mikrofon” vasitəsi ilə səsləndirilən problem və təkliflər “Azəriqaz”ın rəhbərliyi tərəfindən ən qısa müddətdə araşdırılaraq, həlli istiqamətində müvafiq göstərişlər veriləcək. Burada məqsəd vətəndaş məmnunluğuna maksimum dərəcədə nail olmaqdır.

“Bildiyimiz kimi, Prezident hər fürsətdə bəyan edir ki, hər bir dövlət qurumunun, hər bir məmurun ən ali işi vətəndaş məmnunluğunu təmin etməkdən ibarət olmalıdır. Yəni hər bir məmur birinci növbədə xalqın xidmətçisidir. “Səyyar qəbul otaqları” məhz bu tapşırığa adekvat olaraq öz fəaliyyətini tənzimləyir. “Açıq mikrofon” aksiyası mütəmadi olaraq təşkil olunacaq. Növbəti marşrut əvvəlcədən elan olunacaq”, – deyə məlumatda qeyd olunub.

Mission News Theme by Compete Themes.