Press "Enter" to skip to content

Erenköy Müqavimətinin 57-ci ildönümü münasibətilə anım

Bayraqdar.info – Kıbrıs Erenköy Müqavimətinin 57-ci ildönümü münasibətilə şəhid pilot kapitan Cengiz Topelin İstanbul Edirnekapı Hava Şəhidliyindəki məzarı ziyarət olunub.

Bu barədə bayraqdar.info-ya avqustun 9-da KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, mərasimə Kıbrıs Türk Kültür Dərnəyi İstanbul Şöbəsinin, KKTC İstanbul Baş Konsulluğunun, Kıbrıs Barış Hərəkatı Qazi Dərnəkləri ve Şəhid Ailələri Dərnəyinin nümayəndələri qatılıb.

Kıbrıs Türk Kültür Dərnəyi İstanbul Şöbə Başçısı Zehra Bilge Eray çıxışında 1964-cü ildə yaşananları xatırladıb. O, həmin vaxt Cengiz Topelin də qatıldığı hava hərəkati ilə bir dastan yazıldığını söyləyib.

KKTC İstanbul Baş konsolluğunun təhsil attaşesi Mehmet Faruk şəhid pilot Cengiz Topeli Kıbrıs türklərinin var olmaq və müqavimət mübarizəsinin simvolu adlandırıb.

Türkiyə Muharibə Qaziləri Dərnəyi Gaziosmanpaşa təmsilçisi, qazi Celal Cavit Yıldırım, Topelin 14 avqust 1964-cü ildə Hava Şəhidliyində dəfn edildiyini və 10 il sonra 14 avqust 1974-cü ildə Kıbrıs Barış Hərəkatının uğurla nəticələnməsiylə onun qisasının alındığnı bildirib.

Onu da qeyd edək ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay da 1964-cü ildə Türk Hava Qüvvələrinin xəbərdarlıq uçuşu zamanı təyyarəsi yunanlar tərəfindən vurulan və yunan əsgərləri tərəfindən əsir götürülərək, şəhid edilən pilot kapitan Cengiz Topelin xatirəsini yad edib.

F.Oktay sosial media hesabında yazıb: “Kıbrıs Türkünün var olmaq uğrunda mübarizəsində dönüş nöqtəsi olan şanlı Erenköy Müqavimətinin 57-ci ildönümündə vətənlərini qorumaq uğrunda şəhid olan 562 mücahidimizi və qəhrəman pilotumuz, kapitan Cengiz Topeli rəhmət və minnətdarlıqla anıram”.

Mission News Theme by Compete Themes.